Bakı bulvarı genişləndirilə bilər

16:19 | 19.05.2014
Bakı bulvarı genişləndirilə bilər

Bakı bulvarı genişləndirilə bilər

Dənizkənarı Milli Parkda böyük sıxlıq yaşanır. Yayda, xüsusən axşam vaxtı çox böyük insan axını müşahidə olunur. Bu sıxlığın aradan qaldırılması üçün bulvarın dənizə doğru təxminən 150 metr genişləndirilməsi təklif edilir.ANN.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun (BDLİ) direktoru İlqar İsbatov bildirib.O deyib ki, bu, məsələnin faktiki tərəfidir:“Düzdür, Bayraq meydanı tərəfə bulvarın  5-6 metr genişlənmə işləri aparılıb, digər istiqamətdə də genişləndirilməsi nəzərdə tutulub. Amma bu genişlənmə bir sıra mühəndis tədbirləri ilə paralel aparılmalıdır”.İnstitut direktoru hesab edir ki, bulvarın genişləndirilməsi aparılarkən, ilk növbədə bu ərazilərdə sahilbərkitmə işləri görülməlidir.“Çünki Xəzər dənizinin səviyyəsi qalxır-düşür. Proqnozlara görə, dənizin artıq 2020-ci ilə artıq 70-80 sm qalxması gözlənilir. Odur ki, bu ərazilərdə sahilbərkitmə işləri mütləq görülməlidir”, - deyə İ.İsbatov izah edib.Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsindən keçən hissədə, Neftçilər prospektinin də nəqliyyat keçiriciliyi məhduddur və bu ərazilərdə tıxaclar maksimum həddə çatır:“Sahilbərkitmə işləri və Bakı buxtasının təmizlənmə işləri aparılacaqsa, paralel olaraq vəziyyətdən istifadə edib milli parkın dənizə doğru 70-100 m genişləndirilməsindən istifadə edərək, biz bu prospektdən Ələt-Astara yoluna birbaşa yeraltı tunel xətini çəkə bilərik. Eyni zamanda da onunla da paralel olaraq bulvarı da genişləndirə bilərik”.Qeyd edək ki, Böyük Bakının Regional İnkişaf Planında Dənizkənarı Milli Parkın Zığ qəsəbəsində yerləşən C.Naxçıvanski adına hərbi məktəbin ərazisinə qədər uzadılması nəzərdə tutulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM