Bakı ən məşhur MDB şəhərlərindən biri oldu

16:28 | 14.01.2014
Bakı ən məşhur MDB şəhərlərindən biri oldu

Bakı ən məşhur MDB şəhərlərindən biri oldu

Ukrayna 2013-cü ildə rusiyalıların səyahət etdikləri ən populyar MDB ölkəsidir.Trend-in məlumatına görə, bu barədə "İnterfaks-Turizm" çərşənbə axşamı mehmanxanaların onlayn sifarişi xidməti üzrə Rusiyanın aparıcı Oktogo.ru servisinə istinadən xəbər verir.Daha sonra rusiyalıların populyarlıq reytinqində Belarus, Moldova, Azərbaycan, Ermənistan və Özbəkistan gəlir.2013-cü ildə rusiyalıların səfər etdikləri ən populyar MDB şəhərlərinin ilk "onluğ"una Kiyev, Minsk, Odessa, Kişinyov, Almatı, Bakı, Lvov, Astana, Yerevan və Daşkənd daxil olub.Oktogo.ru servisinin reytinqi ötən il rusiyalılar tərəfindən MDB ölkələrində mehmanxanalara edilən sifarişlərə əsasən tərtib olunub.Travel.ru (Oktogo) şirkətinin Əməliyyat şöbəsinin rəhbəri Olqa Favarizova deyir: " İnternet vasitəsilə sifarişlər əsasında MDB şəhərlərinə rusiyalıların səyahətləri 2012-ci illə müqayisədə 2013-cü ildə iki dəfədən çox artıb".O qeyd edib ki, ötən il rusiyalılar MDB-yə orta hesabla üçgünlüyə səyahət ediblər və bir günlük yaşamaq üçün mehmanxanaya 3,4 min rubl ödəyiblər.Oktogo.ru saytının məlumatına görə, rusiyalılar MDB üzrə etdikləri səfərlərin 70 faizini Ukraynaya, 20 faizini Belarusa, üç faizini Qazaxıstana, iki faizini Moldovaya, bir faiz və daha az isə digər MDB ölkələrinə ediblər. Rusiyalı turistlər keçən il Ukraynada öz istirahətlərini müstəqil təşkil edərək orta hesabla dördgünlüyə gəliblər və mənzilə görə gündə təxminən 3,1 min rubl ödəyiblər.Oktogo.ru-nun məlumatına görə, Qazaxıstanın paytaxtı Astana rusiyalıların yaşayış xərcləri üzrə MDB-nin ən bahalı şəhəri olub. Moldovanın paytaxtı Kişinyov ən ucuz büdcəyə malikdir. Astanada rusiyalılar yaşayışa görə gündə orta hesabla 6,3 min rubl, Astanada gündə 2,7 min rubl ödəyiblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM