Bakı ermənilərə sığınacaq verir?

17:09 | 02.02.2015
Bakı ermənilərə sığınacaq verir?

Bakı ermənilərə sığınacaq verir?

Rəsmi Bakı Ukraynada müharibə bölgəsində əziyyət çəkən və əslən Azərbaycandan olan ermənilərə sığınacaq verə bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə "İctimaiyyətlə əlaqələrin inkişafına yardım” qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Şəlalə Həsənova "Exo” qəzetinə müsahibəsində bildirib.

"Bizim millət ksenofobiya xəstəliyinə tutulmayıb və o cümlədən ermənilərə qarşı da belə hissi yoxdur. Buna sübut olaraq, bu gün bizim ölkədə çox sayda erməni yaşayır və onlar bizim cəmiyyətin bir hissəsidir. Bizim xalqın onlara heç bir nifrəti yoxdur, çünki onlar dinc vətəndaşlardır”, - deyə Şəlalə Həsənova vurğulayıb.

"Azərbaycan tolerant ölkədir və biz əvvəllər Azərbaycanda yaşamış ermənilərin müraciətlərinə açıq olmalıyıq”,- deyən QHT rəhbərinin fikrincə, Azərbaycan tərəfi heç kimi dəvət etməli deyil, amma əgər insanların özləri bunu istəyirsə, ölkə bu cür müraciətlər üçün açıq olmalıdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM