Bakı həbsxanasında toy - FOTO

15:53 | 27.02.2015
Bakı həbsxanasında toy - FOTO

Bakı həbsxanasında toy - FOTO

Bakıda təcridxanada saxlanılan şəxslər evlənib. 

Penitensiar xidmətin ictimai əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, təcridxanada saxlanılan Rəsul Qəfər oğlu Bayramov ilə vətəndaş Bahar Həsən qızı Qədirova evlənmək üçün müraciət ediblər.

Onların müraciətləri əsasında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib.

4 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Məmmədova Pərvin Gündüz qızı tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.

Ailə quran məhkumlar yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ANN.Az



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM