Bakı İstintaq təcridxanasında nikah mərasimi - FOTOLAR

09:30 | 26.12.2013
Bakı İstintaq təcridxanasında nikah mərasimi - FOTOLAR

Bakı İstintaq təcridxanasında nikah mərasimi - FOTOLAR

Ötən gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında nikah mərasimi keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə daxil olan məlumata görə, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2; 309.2-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş və Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs, Türkiyə Respublikasının vətəndaşı Sümer Yaşar Yücel ilə Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayon sakini Osmanova Dilşad Osman qızının nikahları bağlanılıb. Nigah Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Bakı Nikah evinin əməkdaşı Kəmalə Tağıyeva tərəfindən qeydə alınıb. Nigahın bağlanılmasına yaradılmış şəraitə görə Sümer Yaşar Yücel və Dilşad Osmanova Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədova öz minnətdarlıqlarını bildiriblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti