«Azərbaycan Hava Yolları» QSC Bakı-Simferopol-Bakı və Bakı-Lvov-Bakı (Ukrayna) sərnişin aviareyslərinə daşınma tarifini aşağı salıb. «APA-Economics»in «AzAL»a istinadən verdiyi məlumata görə, Bakı-Lvov-Bakı istiqamətində aviabiletin qiyməti 346 avrodan (yığım və rüsumlar daxil), Bakı- Simferopol-Bakı reysi üzrə aviabiletin qiyməti isə 352 avrodan (yığım və rüsumlar daxil) başlayır. Bakı aeroportundan «APA-Economics»ə bildirilib ki, Bakı-Lvov istiqamətində uçuş həftənin bazar günləri saat 08:30-da, Bakı-Simferopol reysi üzrə uçuş isə həftənin bazar ertəsi günləri saat 08:30-da həyata keçirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !