Bakı meriyası Müsavat Partiyasına cavab verəcək

12:33 | 08.09.2014
Bakı meriyası Müsavat Partiyasına cavab verəcək

Bakı meriyası Müsavat Partiyasına cavab verəcək

“Müsavat Partiyasının qurultaya yer ayrılması ilə bağlı müraciətinə baxılır”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib. Z.Ramazanov bildirib ki, Müsavatın sentyabrın 27-nə təyin etdiyi qurultayla bağlı müraciəti BŞİH-ə daxil olub və müraciətə yazılı surətdə cavab veriləcək. O, müraciətə cavab veriləcəyi tarixin hələ ki, məlum olmadığını qeyd edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM