Bakı Metropoliteni başqa yerə köçdü

17:44 | 30.07.2014
Bakı Metropoliteni başqa yerə köçdü

Bakı Metropoliteni başqa yerə köçdü

Bakı Metropoliteni yeni inzibati binaya köçüb.ANN.Az xəbər verir ki, bu barədə lent.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, indiyədək Metropolitenin inzibati binası metronun “Elmlər Akademiyası” stansiyasında yerləşirdi. Bu gündən isə Metropoliten rəhbərliyi “28 May” metrostansiyasının ikinci çıxışının üstündə tikilən yeni binaya, Mikayıl Rəfili 20 ünvanına köçüb: “Bura texnoloji korpus adlanır. Əvvəllər Metropolitenin ayrı-ayrı xidmətləri müxtəlif binalarda yerləşirdi. İndi isə bir neçə xidmət, o cümlədən dispetçer məntəqəsi, rabitə və işarəvermə idarəsi bu binada yerləşir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb