Bakı Metropoliteni qış rejiminə keçidlə bağlı hazırlıq işləri görür.ANS TV-nin məlumatına görə, artıq qatarlarda cari və əsaslı təmir işləri aparılıb. Qış rejiminə sentyabr ayının 15-nə qədər keçiləcək. Metroda qatarlar iyunun 17-dən yay qrafikinə uyğun hərəkət edir. Bu sərnişinlərin sıxlığının azalması ilə əlaqədardır."Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, qış vaxtında metropolitendən 700 min sərnişin istifadə edirdi: "Yay fəslində isə istifadə sayı 400-450 minə enib. Qış qrafikində 30 cüt qatardan istifadə edirdiksə, yay qrafikində 24 cüt qatardan istifadə edirik".Sərnişinlərin sıxlığı nəzərə alınaraq hazırda qatarlar 5-6 dəqiqə qrafiklə hərəkət edir. Qış vaxtında "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqə, qalan vaxtlarda 2,5-3 dəqiqə olur.Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı Metropolitenində qatarların sayı tədricən artırılacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !