“Bakı Metropoliteni”ndə Avropa standartları

21:59 | 23.07.2014
“Bakı Metropoliteni”ndə Avropa standartları

“Bakı Metropoliteni”ndə Avropa standartları

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov metropolitenin gələcək fəaliyyətinin Avropa standartlarına uyğun qurulması barədə addımlar atılacağını bildirib.Modern.az-ın məlumatına görə, o, qeyd edib ki, artıq London metrosunun rəhbərliyi ilə əlaqə yaradılıb və yaxın vaxtlarda oradan gələn nümayəndə heyəti ilə bu məsələlər müzakirə ediləcək. Gözlənilən yenliklər daha çox işarəvermə və rabitə, hərəkət xidmətlərini əhatə edəcək. Kommersiya xidmətinin yaradılması da artıq günün tələbinə çevirilib.“Bakı Metropoliteni”nin sədri yeni xətlərdə və müasir texnologiyalarla işləyə bilən kadrların hazırlanması üçün tədris mərkəzinin yaradılmasının vacibliyini də bildirib. Xaricdə təkmilləşmə kursu keçmək üçün ilk qrupların hazırlanmasına başlamağın vaxtı çatdığını deyən Z.Hüseynov deyib ki, qruplara ali savadlı, ingilis dilini bilən gənclər cəlb edilməlidir.

Kurslara göndəriləcək insanlarla sonradan fəaliyyətlərini Bakı metrosunda davam etdirəcəkləri barədə müqavilə bağlanacağı bildirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM