Bakı Metropolitenində qatarların hərəkət qrafiki elektron növə keçirilib. Bunu Trend-ə Azərbaycanın informasiya texnologiyaları bazarındakı mənbə deyib.Onun sözlərinə görə, qrafik əvvəl kağız üzərində tərtib edildiyi halda, hazırda bu, xüsusi proqram təminatına əsaslanır: "Bakı Metropoliteninin əməkdaşları (dispetçer heyəti və maşinistlər) üçün xüsusi olaraq hazırlanmış distributiv planşet kompüterlərə instalyasiya edilir".Mənbə deyib ki, proqram təminatı maşinistə bu və ya digər halda riayət etməli olduğu qatarın hərəkət istiqaməti, hərəkət sürəti, həmçinin qatarın bu və ya digər stansiyada nə qədər müddətə dayanmalı olması barədə uzaqdan əmri interaktiv formada əldə etməyə imkan verəcək.Texnoloji yeniliklərdən biri də hazırda tikilən "Avtovağzal" və "Əcəmi-2" stansiyalarında "Acess Control" çıxışı olan idarəetmə sistemlərinin quraşdırılmısıdır. Sistem kənar şəxslərin stansiyaların server və digər texniki məkanlara çıxışının məhdudlaşdırılmasını nəzərdə tutur.Bundan başqa, Bakı Metropoliteninin rəhbər heyətinin yerləşəcəyi yeni texnoloji korpusda videokonfrans-əlaqə sistemi quraşdırılıb. Sistem rəhbərliyin haradan asılı olmayaraq heyətlə videokonfrans-əlaqə yaratmasını nəzərdə tutur. Videokonfrans-əlaqəyə çıxışı smartfon, portativ və ya planşet kompüterlər vasitəsilə əldə etmək olar.Metropoliten əməkdaşlarının daim rabitə əlaqəsində olması mövcud obyektin strateji əhəmiyyəti nəzərə alınmaqla xüsusi önəm daşıyır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !