Bakı Metropolitenində yenə həyacanlı anlar yaşanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, ötən gün qəfildən metronun 28 may satansiyasında işıqlar sönüb. Stansiyada eskaltorların fəaliyyəti dayanıb. İnsanlar həyəcan içində stansiyanı tərk etməyə çalışıblar. Şahidlərin bildirdiklərinə görə, bir müddət sonra stansiyada fəaliyyət yenidən bərpa olunub. Hadisə zamanı stansiyada olan sərnişinlərdən bəzilərinin yüngül dərəcəli xəsarət aldıqları bildirilir.Qeyd edək ki, ötən gün də Bakı Metropolitenində qatarların hərəkətində gecikmə qeydə alınıb. Axşam saat 18:20-dən etibarən "Həzi Aslanov" istiqamətində qatarların hərəkətində gecikmə müşahidə olunub."Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən isə bildiriblər ki, gecikmələrə səbəb "İnşaatçılar" stansiyasında vaqonun qapılarından birinin açılmaması olub. Vaqonun qapısı açılıb sərnişinlər təxliyyə olunduqdan sonra qatar depoya göndərilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !