Bakı metrosunda dükanlar yığışdırılacaq - RƏSMİ + VİDEO

21:21 | 11.03.2014
Bakı metrosunda dükanlar yığışdırılacaq - RƏSMİ + VİDEO

Bakı metrosunda dükanlar yığışdırılacaq - RƏSMİ + VİDEO

“Müqavilələrin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq edilib”.Bakı Metropoliteni metro stansiyalarının keçidlərindəki mağazaların ləğv olunmasına etiraz olaraq bu gün bir qrup şəxsin aksiya keçirməsi ilə bağlı məlumat yayıb.APA xəbər verir ki, Bakı Metropoliteninin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” prezidentin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.“Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir.Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib”, - deyə məlumatda bildirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM