“Daha əvvəl “Bakı Metropoliteni”nə kondisionerli vaqonlar gətirilib. Bu vaqonlar bir müddət istifadə olundu, ancaq bunun effekti olmadığı üçün bu vaqonlar geri qaytarılıb”.
Bunu “APA-Economics”ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
“Hazırda “Bakı Metropoliteni”nin mövcud xətlərində və stansiyalarında kondisionerli vaqonlardan istifadə edilməsi texniki parametrlərə görə mümkün deyil. Bununla bağlı mümkün variantlar üzərində işlər gedir. Ola bilsin ki, gələcəkdə biz bununla bağlı yeniliklər həyata keçirəcəyik”, - deyə N. Paşayev bildirib.
Qurumun rəsmisi əlavə edib ki, “Bənövşəyi xətt”də açılacaq yeni stansiyaların hamısında qatarlar kondisionerli vaqonlarla təmin olunacaq.
ANN.Az