• $ 1.7
  • € 2.0244
  • ₽ 0.022001
  • ₺ 0.039
  • £ 2.3221

Bakı metrosunda söküləcək ticarət obyektlərinin sayı açıqlanıb

Bakı metrosunda söküləcək ticarət obyektlərinin sayı açıqlanıb
14.03.2014 22:26

Bakı Metropoliteninin stansiya və keçidlərində sökülməsi nəzərdə tutulan ticarət obyektlərinin sayı məlum olub.

APA-nin verdiyi məlumata görə, metronun “Nəriman Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu” stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93, “Xalqlar Dostluğu” stansiyasında 96, “İnşaatçılar” stansiyasında isə 88 ticarət obyekti söküləcək.

Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür.

Ticarətçilərə alternativ olaraq “Yaşıl”, “Şərq” və Keşlə bazarlarında, “Günəş” və AMAY ticarət mərkəzlərində yerlər təklif olunub.

Siyahıda metronun “28 May” stansiyasında heç bir obyektin sökülməyəcəyi qeyd olunub. 

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev də söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib. O bildirib ki, hazırda metronun “28 May” stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti fəaliyyət göstərmir: “Əvvəllər “28 May” stansiyasında ticarət obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona görə də orada söküləcək obyekt yoxdur”.

R. Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: “Çünki onların metro ilə əlaqəsi yoxdur. Bizə verilən tapşırıq Metropolitenin ərazisində, keçidlərdə, metronun giriş və çıxışlarında olan ticarət obyektlərinin sökülməsi ilə bağlıdır”.

Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib.

Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qərarını dəyişməyib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərlənib
Cəmiyyət 23:30
Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərlənib
Lökbatanda baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib - Yenilənib
Cəmiyyət 23:19
Lökbatanda baş verən yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib - Yenilənib
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Cəmiyyət 21:10
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Sumqayıtda təmir köşkündə yanğın olub
Cəmiyyət 19:30
Sumqayıtda təmir köşkündə yanğın olub
İsmayıllıda zəlzələ olub
Cəmiyyət 19:02
İsmayıllıda zəlzələ olub
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək
Cəmiyyət 18:06
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək

Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib
Cəmiyyət 17:32
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib

Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa iləgörüşdü
Cəmiyyət 17:14
Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa iləgörüşdü
Kamran Əsədovla Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilir
Cəmiyyət 17:00
Kamran Əsədovla Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol