• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Bakı metrosunda şok ucuzlaşma! - FOTO

Bakı metrosunda şok ucuzlaşma! - FOTO
12.03.2014 17:48
Bu gün “Gənclik” və “Neftçilər” metrostansiyalarının keçidlərindəki köşklərdə “bütün mallara endirim” yazısı yazılıb. ANS PRESS-in məlumatına görə, satıcılar endirimin səbəblərini metrodakı ticarət obyektlərinin bağlanması ilə əlaqədardır. Buna görə də, həmin obyektlərdə satılan mallara 20-50 faiz edilib.“Yeni gətirilən mallara 20 faiz endirim, köhnə mallara isə 50 faiz endirim edilir. Bizə əvvəlcə obyektlərin bağlanması üçün 1 həftə vaxt verilmişdi. Amma sonradan bildirdilər ki, martın 26-a kimi obyektləri boşaldaq”, - deyə Mahmud İsayev adlı satıcı bildirib.Satıcılardan obyektlərin nə üçün yığışdırıldığını soruşduq. Satıcılar bildirdilər ki, obyektlərin icarəyə götürülməsi barədə imzalanmış müqavilələrin vaxtı bitir. “Metropoliten rəhbərliyi həmin müqavilələrin müddətini uzatmaq istəmirlər və yeni müqavilələr də təklif etmirlər. Artıq bizdən bu ayın kirayə haqqını da alıblar”, - deyə satıcılar bildirib.Endrimlərlə əlaqədar metropolitendəki satış obyektlərində qələbəlik yaşanırdı. Endirimlər daha çox paltar və parfumeriya satılan obyektlərdə müşahidə olunurdu.Metropolityen girişində adi günlərdən fərqli olaraq polis əməkdaşları daha ciddi nəzarət aparırdılar. Qeyd edək ki, mart ayının 26-a qədər metropolitenin içrisindəki ticarət obyektləri tamam yığışdırılacaq. Metropolitenin keçidindəki ticarət obyektlərinin isə nə zaman köçürüləcəyi barədə məlumat verilməyib.Xatırladaq ki, bir neçə ay bundan əvvəl metropolitenin keçidindəki ticarət obyektləri təmir olunmuşdu.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə təmirlə bağlı qaz kəsiləcək
Cəmiyyət 08:57
Bu ərazilərdə təmirlə bağlı qaz kəsiləcək
Bu yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:45
Bu yollarda tıxac var - Siyahı
Qubada zəlzələ olub
Cəmiyyət 22:52
Qubada zəlzələ olub
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Cəmiyyət 22:52
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
Cəmiyyət 22:30
Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 21:18
NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Azərbaycan Dövlət Radiosuna yeni rəhbər təyin olunub
Cəmiyyət 20:20
Azərbaycan Dövlət Radiosuna yeni rəhbər təyin olunub
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 20:13
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Goranboyda maşınlar toqquşub, yaralılar var
Cəmiyyət 18:58
Goranboyda maşınlar toqquşub, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol