Bu gün saat 08:48-də sərnişinlərin sıx olduğu vaxtda “Bakı Metropoliteni” QSC-nin “28 May” metro stansiyasında eskalator qəfil dayandırılıb.
“APA-Economics”in xəbərinə görə, hadisə sərnişinlərin həm təşvişinə, həm də narazılığına səbəb olub. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, eskalator sərnişin tərəfindən heç bir səbəb olmadan dayandırılıb: “Belə ki, eskalatorlarda təcili hallarda saxlanılması üçün düymələr mövcuddur. Sərnişin də həmin düyməni basmaqla eskalatoru saxlayıb. Bu hadisəni eskalatorların nasaz olması ilə əlaqələndirmək və ya əsaslandırmaq düzgün deyil. Sərnişinlərdən xahiş edirik ki, özlərinin təhlükəsizliyi üçün bu kimi hallara yol verməsinlər. Nəzərə alsınlar ki, müşahidə kameraları vasitəsilə həmin proses lentə alınır və müvafiq tədbirlər görülür”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !