Bakı metrosundan əla xəbər var

17:04 | 24.10.2014
Bakı metrosundan əla xəbər var

Bakı metrosundan əla xəbər var

“Metro sisteminin genişləndirilməsində inkişaf ilk növbədə Xırdalan istiqamətinə yönəldiriləcək”Bu barədə aznews.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev məlumat verib.Onun sözlərinə görə, Böyük Bakının Regional İnkişaf Planında dəmir yollarının bərpa olunması və yenidən istifadəsi, yeni dəmiryolu xətlərinin salınması nəzərdə tutulur. Plan təsdiq olunduğu halda işlərə başlanılacağını deyən Komitə rəsmisi, ümumiyyətlə planda Bakı metrosunun genişləndirilməsinin nəzərdə tutulduğunu söyləyib.“2015-2030-cu illərdə metro xətləri, dəmir yolları və sürətli avtomobil yolları çəkiləcək. Baş Planda göstərilən Bakı ətrafında çox zolaqlı dairəvi yolun salınması, Dəniz limanının Bakıdan Ələtə köçürülməsi, “Ağ şəhər” layihəsi və Böyük Şor ərazisində Olimpiya şəhərçiyi salınması işlərinə artıq başlanılıb” - deyə C.Qocayev bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM