Bakı metrosundan tualet QADAĞASI

17:35 | 11.04.2014
Bakı metrosundan tualet QADAĞASI

Bakı metrosundan tualet QADAĞASI

Bakı Metropoliteninin stansiyalarında ictimai tualetlər bağlanıb.ANN.Az Lent.az-ın əməkdaşının müşahidəsinə istinadən xəbər verir ki,  Metropolitenin “Sahil”, “Koroğlu” və “Gənclik” stansiyalarındakı tualetlər sərnişinlər üçün qapadılıb.Metropoliten əməkdaşlarının dediyinə görə, bu barədə Metropolitenin sədri Zaur Hüseynov tapşırıq verib. Əməkdaşlar bildiriblər ki, Metropolitenin bütün stansiyalarındakı tualetlərdən istifadə sərnişinlərə qadağan edilib.Metrostansiyalardakı tualetlərdən yalnız Metropolitenin işçiləri istifadə edə bilərlər.Məsələ ilə bağlı Metropolitenin rəhbərliyindən münasibət öyrənmək istəsək də, rəsmi şəxslərin heç biri ilə əlaqə saxlaya bilmədik.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM