Bakı metrosunun eskalatoru 3 aylıq təmirə dayanır

17:21 | 23.02.2015
Bakı metrosunun eskalatoru 3 aylıq təmirə dayanır

Bakı metrosunun eskalatoru 3 aylıq təmirə dayanır

 Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasının 1-ci çıxışında (Yasamal ATS-i tərəfdən) 3 saylı eskalatorun əsaslı təmirinə başlanılır.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, qeyd olunan istiqamətdə 3 saylı eskalator 24 fevraldan təmirə dayandırılacaq.

Qeyd edək ki, əsaslı təmirin 22 may tarixində başa çatdırılması nəzərdə tutulub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM