Nazirlər Kabineti "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında" qərarında dəyişiklik edib.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliyə əsasən, I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, 2 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) bu qərarın 1-ci bəndində müəyyən edilmiş güzəştdən (20 manatdan) əlavə olaraq, 10 manat məbləğində güzəşt müəyyən edilib.
Qərar Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə həyata keçirilən uçuşlarda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Qeyd edək ki, əvvəllər güzəşt tətbiq edilən uşaqlar üçün minimum yaş həddi 5 yaş olub. Dəyişiklik noyabrın 15-dən qüvvəyə minəcək.
ANN.Az