Bakı-Novosibirsk aviareysi təxirə salınıb

12:00 | 14.02.2014
Bakı-Novosibirsk aviareysi təxirə salınıb

Bakı-Novosibirsk aviareysi təxirə salınıb

Bu gecə «Siberia Airlines» (S7 Airlines) şirkətinin bu gecə yerinə yetirilməsi planlaşdırılan Bakı-Novosibirsk aviareysi təxirə salınıb.

Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib. «Bakıdan Novosibirskə saat 00:15-də yerinə yetirilməsi nəzərdə tutulan aviareys sərnişin sayının az olması səbəbindən təxirə salınıb. Məlumata görə, bu aviareys fevralın 21-də saat 00:15-də yerinə yetiriləcək», - deyə Bakı aeroportundan bildirilib. Xatırladaq ki, Bakı-Novosibirsk aviareysi həftədə üç dəfə (II və VII günləri saat 13:00-da, V gün isə saat 00:15-də) yerinə yetirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM