"Azəryolservis" ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil magistralının yenidən qurulmasını 2014-2015-ci illərdə tam başa çatdıracaq. ASC-dən Trend-ə verilən məlumata görə, hazırda Gəndobdan Rusiya sərhədinədək yolun qalan sahəsində tikinti işləri davam edir: "İşləri 2014-cü ildə tamamlamaq planlaşdırılır, lakin hər şey maliyyələşdirmə prosesindən asılıdır. Maliyyələşdirmədə cüzi yubanma olarsa, işlərin yekunlaşması 2015-ci ilə qala bilər".
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ümumi uzunluğu 208 kilometrdir, lakin yenidənqurmadan sonra bir az qısaldılacaq.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !