Bakı sahilində lövbər salan gəminin heyət üzvü kömək istəyir

16:15 | 18.03.2014
Bakı sahilində lövbər salan gəminin heyət üzvü kömək istəyir

Bakı sahilində lövbər salan gəminin heyət üzvü kömək istəyir

Rusiya teploxodu "Vətən-1"nin heyəti Azərbaycan sahillərində ehtiyac içindədir. Həştərxan sakini Anna Kalaşnikov "Vətən-1" teploxodunun içində son dərəcə çətin vəziyyətdə olanlar öz atası üçün üçün sosial şəbəkələrdə kömək istəyib. ANS PRESS-in məlumatınagörə, qız qeyd edib ki, həmin gəmi hazırda Rusiya bayrağı altında Bakı limanındadır. Gəminin heyəti 10 nəfərdən ibarətdir. Onlardan dörd nəfəri rus, altı nəfər isə Ukrayna vətəndaşlarıdır. Annanın sözlərinə görə, gəmi faktiki olaraq gəmi sahibi tərəfindən atılıb. İndi orada hətta yanacaq və ərzaq belə yoxdur. Məsələ ilə bağlı Ukrayna və Rusiya konsulları cəlb edilsə də hələlik heç bir nəticə əldə edilməyib. Heyət üzvləri aclıq içindədir. Sahildən 15 kilometr uzaqlıqda olan gəmidə əlaqə imkanları minimum səviyyədədir. Anna bildirir ki, onun atası Həştərxan sakinidir və başıbəlalı teploxodun kapitanıdır. Dənizə üç həftə əvvəl getdiyini deyən Anna hər şeyin normal olduğunu amma bir gün əvvəl atasının zəngindən sonra gərgin vəziyyətdən xəbər tutduğunu deyib. Qızından ictimaiyyətə və KİV-ə müraciət etmək barədə xahiş edən kapitan təfərrüatlar haqqında danışa bilməsədə vəziyyətin acınacaqlı olduğunu bildirib. Rusiya tərəfindən isə "Vətən-1" gəmisində baş verən hadisə ilə bağlı hər hansı informasiyanın daxil olmadığı bildirilib. Dəniz portları Administrasiyasının nümayəndəsi Pyotr Konstantinovun sözlərinə görə, gəmi sahibi ekipajla əlaqəni bərpa edib və problemin həlli üçün tədbir görülür. O bildirib ki, yalnız ümid etmək qalır ki, bu ölçülər effektiv olacaq və Azərbaycanın sahillərində Xəzərdə atılmış dənizçilər sağ-salamat evə qayıdacaqlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM