Bakı sakininin evinə ilan girdi - VIDEO

13:00 | 18.05.2014
Bakı sakininin evinə ilan girdi - VIDEO

Bakı sakininin evinə ilan girdi - VIDEO

İstilərin düşməsi bəzi sürünənlərin daha da aktivləşməsinə səbəb olur. 

ANS TV-nin məlumatına görə, bunlardan biri də, çoxlarının adını eşidəndə belə, qorxduğu ilanlardır. Bakıda yaşayan Məmmədovlar ailəsi isə ilanın adını eşitməyə yox, özünü görməyə artıq adət ediblər. Evin içində sərbəst şəkildə hərəkət edən ilan, sakinləri mənzili tərk etməyə məcbur edib. Ailə ilanın yerini tapsa da onu tutmaq qalıb. 

Xətai rayonu, Naximovski küçəsi, döngə 2, ev 25-ə gələn çağrılmamış qonaq ev sakinlərini təşvişə salıb. Günorta saatlarında evə daxil olan ilan, mətbəxin dolabında gizlənməli olub. Ev sahibi ilanı görüb və dərhal mənzili tərk edib. Aydın Məmmədovun sözlərinə görə, evin yanındakı göl quruyan kimi ilanlar evə hücum çəkir. 3 gün əvvəl də ilan evə daxil olub. Lakin onu tapıb zərəsizləşdiriblər. 

Ev sahibi deyir ki, dəfələrlə bu cür hadisələr olub. Axtarış zamanı Aydın Məmmədov ilanı yenə mətbəxdə tapdığını və tam şəkildə zərərsizləşdirdiyini bildirib..

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb