“Bakıelektrikşəbəkə” ASC (Bakının enerji operatoru) 30 mindən artıq GSM modulu bazasında smart elektrik sayğacları quraşdırır. ANN.Az-ın ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sayğacların ümumi sayından dörd min ədəd əhali qrupuna daxil olan abonentlər üçün quraşdırılıb.GSM modullu sayğaclar əsasən Bakının Nəsimi, Xətai, Yasamal və Nərimanov rayonlarında quraşdırılıb.“SMS” ismarıcların köməyilə idarə olunan GSM modullu sayğacların göstəriciləri müəyyən vaxt ərzində mərkəzə daxil olur. Bu texnologiyanın sayəsində abonent kartın balansında vəsaitin azalması barədə “SMS” ismarıc alır. Əgər abonent vaxtında karta vəsait yükləməsə, abonentə elektrik enerjisinin verilməsi “SMS” mesaj göndərildikdən sonra dayandırılır.Bundan başqa, yeni sayğacların işinə qanunsuz müdaxilə cəhdi zamanı mərkəzə “SMS” mesaj daxil olur ki, bu da pozucularla operativ mübarizə aparmağa imkan verir.Qeyd edək ki, sayğaca edilən hər hansı müdaxilələr anında təsbit edilərək “SMS” vasitəsiylə mərkəzə xəbər verilir. Həmin məlumatlar mərkəzi sistem tərəfindən saxlanılaraq əlaqədar şəxslərə ötürülür. Elektrik enerjisinin istifadə qaydalarını pozan abunəçilər haqqında daxil olmuş məlumat informasiya sistemindən alınaraq dərhal həmin abunəçilər haqqında operativ tədbir görülməsinə imkan verir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !