• $ 1.7
  • € 1.9778
  • ₽ 0.021676
  • ₺ 0.0394
  • £ 2.282

Bakı sakinləri üçün yeni sayğaclar quraşdırılır

Bakı sakinləri üçün yeni sayğaclar quraşdırılır
17.12.2013 19:28
“Bakıelektrikşəbəkə” ASC (Bakının enerji operatoru) 30 mindən artıq GSM modulu bazasında smart elektrik sayğacları quraşdırır. ANN.Az-ın ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sayğacların ümumi sayından dörd min ədəd əhali qrupuna daxil olan abonentlər üçün quraşdırılıb.GSM modullu sayğaclar əsasən Bakının Nəsimi, Xətai, Yasamal və Nərimanov rayonlarında quraşdırılıb.“SMS” ismarıcların köməyilə idarə olunan GSM modullu sayğacların göstəriciləri müəyyən vaxt ərzində mərkəzə daxil olur. Bu texnologiyanın sayəsində abonent kartın balansında vəsaitin azalması barədə “SMS” ismarıc alır. Əgər abonent vaxtında karta vəsait yükləməsə, abonentə elektrik enerjisinin verilməsi “SMS” mesaj göndərildikdən sonra dayandırılır.Bundan başqa, yeni sayğacların işinə qanunsuz müdaxilə cəhdi zamanı mərkəzə “SMS” mesaj daxil olur ki, bu da pozucularla operativ mübarizə aparmağa imkan verir.Qeyd edək ki, sayğaca edilən hər hansı müdaxilələr anında təsbit edilərək “SMS” vasitəsiylə mərkəzə xəbər verilir. Həmin məlumatlar mərkəzi sistem tərəfindən saxlanılaraq əlaqədar şəxslərə ötürülür. Elektrik enerjisinin istifadə qaydalarını pozan abunəçilər haqqında daxil olmuş məlumat informasiya sistemindən alınaraq dərhal həmin abunəçilər haqqında operativ tədbir görülməsinə imkan verir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu təhsil müəssisəsinə direktor təyin edilib
İqtisadiyyat 17:22
Bu təhsil müəssisəsinə direktor təyin edilib
ABB Tam Visa kartını təqdim etdi
İqtisadiyyat 16:47
ABB Tam Visa kartını təqdim etdi
Subway Azərbaycana gəlir
İqtisadiyyat 15:49
Subway Azərbaycana gəlir
İndi aviabiletlər də ABB Business-də alınır
İqtisadiyyat 14:32
İndi aviabiletlər də ABB Business-də alınır
Ötən il orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:58
Ötən il orta aylıq əməkhaqqı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
İqtisadiyyat 10:44
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Niyə günəş panelləri Bakıda az, Qarabağda isə sürətlə qurulur?
İqtisadiyyat 09:11
Niyə günəş panelləri Bakıda az, Qarabağda isə sürətlə qurulur?
ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində
yarışacaq sahibkarlar məlum oldu
İqtisadiyyat 16:16
ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində yarışacaq sahibkarlar məlum oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol