Bakının Nərimanov rayonu ərazisində metronun "Gənclik" stansiyasının yaxınlığında salınmış yeni yol bir neçə gündən sonra istifadəyə veriləcək. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, yolun uzunluğu 800, eni 6,5 metrdir.Onun sözlərinə görə, əvvəllər nəqliyyat vasitələri Vaqif prospektindən metronun “Gənclik” stansiyasının yaxınlığındakı yeraltı tunelə girərək Atatürk prospektinə çıxa bilirdilər. Yeni yol istifadəyə veriləndən sonra avtomobillər Vaqif prospektindən köməkçi yan yol ilə həm Fətəli xan Xoyski prospektinə, həm də sağa dönməklə Əhmədbəy Ağaoğlu küçəsinə, oradan isə Təbriz küçəsi istiqamətinə çıxa biləcəklər.
Pünhan Mürsəliyev deyir ki, həmin yol gələn həftənin sonuna qədər tam hazır olacaq və istifadəyə veriləcək: “Hazırda yolda səki salınır. Bu işlər bitəndən sonra yolun asfalt örtüyünün çəkiləcək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !