Bakı-Sumqayıt dəmir yolu xətti yenidən qurula bilər

17:44 | 18.03.2015
Bakı-Sumqayıt dəmir yolu xətti yenidən qurula bilər

Bakı-Sumqayıt dəmir yolu xətti yenidən qurula bilər

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Oxu.Az-a verdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə SYSTRA məsləhətçi şirkəti tərəfindən təkmilləşdirilməsi nəzərdə tutulan Bakı-Sumqayıt dəmir yolu xəttinin müxtəlif variantlarını özündə əks etdirən çarx nümayiş olunub. C.Qurbanov Bakı-Sumqayıt dəmir yolu xəttinin yenidən qurulmasının əhəmiyyətindən, əhalinin sərnişindaşımaya olan tələbatının bu istiqamətdə ödənilməsindən və avtomobil nəqliyyatına alternativ dəmir yolunun yaradılmasının zəruriyyətindən danışıb.

AİB-in ölkə üzrə direktoru Olly Norojono müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM