Bakı-Sumqayıt yolu bağlandı

09:55 | 16.02.2015
Bakı-Sumqayıt yolu bağlandı

Bakı-Sumqayıt yolu bağlandı

Bakı-Sumqayıt şossesində hərəkət məhdudlaşdırılıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Bakı-Sumqayıt şossesində aparılan təmir işləri ilə əlaqədar Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Moskva prospekti Əsas yoldan və Biləcəri enişi (Rəşid İsmayılov küçəsi) vasitəsilə Biləcəri dairəsindən istiafadə etməklə yollarına davam etmələri tövsiyə olunur.

Qeyd edək ki, sözügedən ərazidə mütamadi olaraq təmir işləri aparılır və yolların cizgilənməsi mərhələli şəkildə aparılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM