Bakı və Rio de Janeyro şəhərləri qardaşlaşdı

12:43 | 05.12.2013
Bakı və Rio de Janeyro şəhərləri qardaşlaşdı

Bakı və Rio de Janeyro şəhərləri qardaşlaşdı

Braziliyanın Rio de Janeyro şəhər şurasının (şəhər parlamenti) xarici əlaqələr komitəsi Bakı və Rio de Janeyro şəhərlərinin qardaşlaşması haqqında qanun layihəsini qəbul edib.Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, dekabrın 3-də Rio de Janeyro şəhərinin meri Eduardo Paes “Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Rio de Janeyro şəhərinin qardaşlaşması” qanununu imzalayıb və adıçəkilən qanun 4 dekabr tarixindən qüvvəyə minib.Qanunda qeyd olunur ki, Azərbaycanın paytaxtı olan Bakı şəhərinin Rio de Janeyro şəhəri ilə oxşar xüsusiyyətləri mövcuddur. Bakı şəhərində mütəmadi olaraq mədəni tədbirlərin təşkili, buradakı dinamik həyat tərzi, zəngin tarix, əzəmətli arxitektura və idmana olan rəğbət müşahidə olunur. Həmçinin Rio de Janeyro kimi, Bakının da dünya mədəni irsinin mərkəzlərindən biri kimi tanındığını və hər il minlərlə turist qəbul etdiyi vurğulanır.Bildirilir ki, gələcək illərdə Bakı şəhəri mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bu da öz növbəsində iki şəhər arasında dialoqun və təcrübə mübadiləsinin inkişafına təkan olacaq.Yaxın zamanda Rio de Janeyro şəhər şurası qardaşlaşma-şəhər diplomunu Azərbaycan tərəfinə təqdim edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb