Hazırda daha 3,4 km yolun təmirinə başlanılıb. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə start verilib. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt Sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunda təmir işlərinə martın 3-də start verilib və bu günə kimi 16 km yol əsaslı təmir olunub.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.
Əsaslı təmir işləri başa çatdıqdan sonra, elektrik qatarlarının Bakı Sərnişin stansiyasından Sumqayıt Sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !