Xəzər dənizinin Azərbaycan sektorunda Rusiyaya məxsus gəmidə texniki nasazlıq baş verib.APA-nın verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Qoryaçi” qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub. Əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !