"Şəfa" stadionun qarşısında aparılan təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin köməkçi yolunda avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.
Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, təmir işləri ilə bağlı yolun hərəkət hissəsi daraldığından köməkçi yolda tıxac yaranıb.
Bakı yol polisi sürücülərdən tıxacın yaranmaması üçün alternativ yollardan isitfadə etməyi tövsiyyə edir.
Trend
Bizi sosial şəbəkələrdə izləyin !