Bakı yollarında sürət həddi endirildi - Qərar

15:41 | 27.11.2014
Bakı yollarında sürət həddi endirildi - Qərar

Bakı yollarında sürət həddi endirildi - Qərar

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.ANN.Az “APA-Economics”ə  istinadən xəbər verir ki, bu haqda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.O, bildirib ki, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolun surət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib. Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə surət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata; üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM