Bakı Zooparkına nadir quş gətirilib - Fotolar

19:23 | 09.12.2014
Bakı Zooparkına nadir quş gətirilib - Fotolar

Bakı Zooparkına nadir quş gətirilib - Fotolar

Bakı Zooparkına Azərbaycan üçün nadir quş gətirilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Bakı Zooparkının direktoru Azər Hüseynov açıqlamasında deyib ki, bir neçə gün öncə vətəndaş şəhərdə iri Ağ Vağ quşunu görüb və onu Bakı Zooparkına gətirib. Onun sözlərinə görə, bu vaxta kimi zooparkda bu quş növü olmayıb və bu, yenilikdir. A.Hüseynov qeyd edib ki, həmin quş gətirilərkən qanadı qırılmış halda olub.

A.Hüseynov iri Ağ Vağın mülayim isti və tropik enliklərdə - Avropa, Asiya, Şimal və Cənub Amerika, Afrika, Avstraliya və yeni Zellandiyada yayıldığını xatırladıb. Onun sözlərinə görə, bu quşlar müxtəlif su anbarları boyunca yaşayır. Onun Azərbaycana haradan və necə gəlməsi məlum deyil.

ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM