Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 189 Taksi xidməti ilə birlikdə "Green Car Azerbaijan” MMC tərəfindən təqdim olunan "ağıllı avtomobil”i "Bakutel 2015” sərgisində nümayiş etdirir.
Bakcell stendində nəqliyyat vasitələrində Wi-Fi şəbəkəsinin quraşdırılmasına həsr olunmuş xüsusi guşə yaradlılıb. Stendin ziyarətçiləri ən son Tesla avtomobilini və avtomobil texnologiyasi ilə mobil operatorun necə birlikdə çalışa bildiyini görəcəklər.
189 Taksi xidməti "Bakcell”in ən böyük korporativ müştərilərindən biri və "Ulduzum” sadiqlik porqramının əsas partnyorudur. Bu taksilərdən istifadə edən sərnişinlər pulsuz olaraq "Bakcell”in yüksək sürətli Wi-Fi xidmətindən yararlana bilirlər.
Bunun üçün Bakcell abunəçiləri 189 taksi xidmətinin avtomobillərində "Bakcell”in Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra öz nömrələrini daxil etməli və SMS vasitəsilə aldıqları kodu yığmalıdırlar. Qoşulmanın aktivləşdiyi andan etibarən pulsuz internet bir saat ərzində limitsiz istifadə oluna bilər. Bu xidmətdən istənilən Bakcell abunəçisi və ya rouminqdə olarkən Bakcell şəbəkəsinə qoşulan abunəçi yararlana bilər.
"Bakutel” sərgisi zamanı Bakı Ekspo Mərkəzindən istənilən nöqtəyə taksi sifariş edən Bakcell abunəçiləri "Ulduzum” kodu vasitəsilə 20% endirim əldə edirlər. "Ulduzum” guşəsinin ziyarətçiləri həmçinin monitorda 2D formatında "Rəqəmsal Caynalı Kran” (Digital Claw Crane) oyununda caynağı müxtəlif istiqamətlərdə hərəkət etdirməklə proqramın tərəfdaşları tərəfindən təqdim olunan hədiyyələr əldə edir.
Bakcell şirkəti "Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə edərək imkanı vəd edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !