Bakcell növbəti dəfə internetin sınaq və
təhlili sahəsində dünya lideri olan Ookla® tərəfindən "Azərbaycanın ən sürətli
mobil şəbəkəsi” kimi tanınıb.
Şirkət 2019-cu ilin I və II rübü üzrə
"Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafatı
qazanmaq üçün Bakcell ölkənin mobil rabitə bazarında fəaliyyət göstərən
operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama məlumat
göndərmə sürəti və ən yüksək "Speed Score” (sürət balları) nəticəsini nümayiş
etdirib.
"Ookla”nın Speedtest platforması vasitəsilə
həyata keçirilən 100 000-ə yaxın test təsdiqləyir ki, Bakcell şəbəkəsində orta
yükləmə sürəti saniyədə 37.99 meqabit, orta məlumat göndərmə sürəti isə saniyədə
16.79 meqabitə bərabərdir.
"Bakcell öz abunəçilərinə təqdim etdiyi
xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz
bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti gözləyir. Mən
şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə Ookla tərəfindən yüksək
qiymətləndirilib və Bakcell şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir daha
da təsdiq olunub. Bakcell öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli
video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil
telekommunikasiya xidmətləri ilə təmin etməkdən məmnunluq duyur. Mən bu
mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da
yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha
böyük səylə çalışacağıq”, deyə Bakcell şirkətinin Baş icraçı direktoru
Rainer Ratgeber bildirib.
"Hər gün Speedtest üzərindən aparılan
milyonlarla sınaq sayəsində Ookla bütün dünya üzrə internet nəticələri barədə dəqiq
və ətraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə əsaslanaraq,
biz böyük məmnuniyyətlə təsdiq edirik ki, Bakcell Azərbaycanın ən sürətli mobil
şəbəkəsidir. Bu mükafat Bakcell abunəçilərinin 2019-cu ilin I və II rübü ərzində
əldə etdiyi xüsusi xidmət keyfiyyətinin
bariz göstəricisidir” deyə, "Ookla”nın icraçı vitse prezidenti Jamie Steven
bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !