Bakcell şirkətinin sponsorluğu ilə Bakıda "Rəqəmsal
iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq
konfrans keçirilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan
Respublikası Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin və Bir Yol, Bir Kəmər Elm və Texnologiya alyansının
təşkilatçılığı ilə təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının,
nazirliklərin, dünyanın 30-dan artıq ölkəsindən olan universitet və elmi mərkəzləri
təmsil edən yüzdən çox tanınmış alim, nüfuzlu universitetlərin rektorları, rəqəmsal
iqtisadiyyat sahəsində məşhur alimlər, qeyri-hökumət
təşkilatlarının rəhbərləri, iqtisadçı ekspertlər və KİV nümayəndələri iştirak
edib.
Konfransda
rəqəmsal iqtisadiyyat, rəqəmsal valyutalar, elektron ticarət, rəqəmsal
transformasiya, ağıllı şəhər və digər əlaqəli mövzular üzrə maraqlı çıxışlar,
plenar məruzələr və panel müzakirələri yer
alıb.
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti
müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar
təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli
4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini
(Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə
əhalisinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı
məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə
daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün
www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə
daxil olun.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !