• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir

“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər  verən
05.11.2024 10:32
İnnovasiya və sürət lideri "Bakcell” ölkənin ilk rəqəmsal bankı "Birbank” ilə əməkdaşlıq çərçivəsində yeni "Birinci” tarif paketini təqdim edir.

Abunəçilər "Birbank” mobil tətbiqinə "Bakcell” nömrəsi əlavə etməklə "Birinci” tarifinə qoşula, onu idarə edə və dərhal "Trendyol”, "Umico”, "Birbank” və "M10” kimi platformalarda xüsusi üstünlüklərdən yararlana bilərlər. "Birinci” tarifi daxilində "Bakcell” müştərilərinə ölkədaxili zənglər üçün dəqiqələr, əsas internet balansı, sosial şəbəkələr üçün əlavə internet balansı təqdim olunur. Bundan əlavə, tarifə qoşulan abunəçilər "Trendyol”da alış-veriş zamanı ayda 2 dəfə 10% endirim və ödənişsiz "Umico Premium” abunəliyi əldə edəcəklər. 

Eyni zamanda, müştərilər "Birbank” kartları ilə əməliyyatlar və "m10”la QR ödənişlər zamanı əlavə keşbek qazanacaqlar. "Birinci” tarifinin başlanğıc qiyməti 6.9 AZN-dir.

Qeyd edək ki, "Bakcell” abunəçiləri "Birinci” tarifinə yalnız "Birbank” mobil tətbiqi vasitəsilə qoşula bilərlər. Tarif paketi ilə bağlı ətraflı məlumatı "Bakcell” və "Kapital Bank”ın rəsmi saytlarından və ya sosial şəbəkə hesablarından əldə etmək olar.

Gələcəyə hədəflənən yeni brend strategiyası ilə "Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərinin ixtiyarına verəcək.

"Bakcell” haqqında
"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. 
"Bakcell” müxtəlif  ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Cəmiyyət 10:54
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:35
Faktiki hava açıqlanıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol