Bakcell “Fantasy Football World Cup” oyunun qalibini Mançesterə göndərir

13:35 | 12.08.2014
Bakcell “Fantasy Football World Cup” oyunun qalibini Mançesterə göndərir

Bakcell “Fantasy Football World Cup” oyunun qalibini Mançesterə göndərir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 12 iyun– 13 iyul tarixləri arasında keçirilən “Fantasy Football World Cup” onlayn müsabiqəsinin qalibini elan edib. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin builki məzunu, Balakən rayon sakini Alı Bayramov Böyük Britaniyanın Mançester şəhərinə iki nəfərlik səyahət bileti qazanıb. Səfər zamanı qalibin “Old Trafford” stadioununda keçiriləcək oyunlardan birinə getmık imkanı da olacaq. Müsabiqədə iştirak etmək üçün abunəçilər www.ffworldcup.bakcell.com saytında pulsuz qeydiyyatdan keçir, dünya çempionatında iştirak edən müxtəlif oyunçuları seçməklə öz fərdi komandalarını yaradırdılar. Müsabiqə müddətində ən yaxşı nəticələr göstərən oyunçular “Bakcell”dən müxtəlif hədiyyələr qazanıblar.“Dünya çempionatı ərzində futbol azarkeşlərinə onlayn futbol oyunu imkanı verdiyi üçün “Bakcell”ə təşəkkür edirəm. Oyunun qalibi olduğuma çox sevindim. “Old traffor”da “Mançester Yunayted”in oyununu izləməyi səbirsizliklə gözləyirəm”, deyə Alı Bayramov bildirib.Bakcell dünyanın ən böyük futbol klublarından biri olan “Mançester Yunayted”lə əməkdaşlıq çərçivəsində futbol azarkeşləri üçün müxtəlif lotereya və oyunlar və keçirməyə davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb