Bakcell gənclər üçün yeni iş imkanları açır

14:05 | 11.04.2014
Bakcell gənclər üçün yeni iş imkanları açır

Bakcell gənclər üçün yeni iş imkanları açır

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ali məktəblərin yuxarı kurs tələbələri və məzunlarının əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədilə “Odlar Yurdu” universitetində təşkil olunan əmək yarmarkasında iştirak edib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında keçirilən yarmarkada Bakcell şirkətində mövcud olan vakansiyalar, işə qəbul qaydaları, “Bakcell”də karyera qurmaq imkanları və s. haqqında tələbə və məzunlara məlumat verilib.Bakcell gənclər üçün iş imkanları yaradan bu cür əmək yarmarkalarda daim fəal iştirak edir. Bundan əlavə, şirkət tələbələrin işə cəlb olunması və peşəkar təcrübə toplaması üçün vaxtaşırı olaraq “Bakcell məzun” və “Yay təcrübə proqramı” həyata keçirir. Bu layihələrin iştirakçısı olan gənclərdən bir neçəsi sonradan “Bakcell”də daimi işlə təmin olunurlar.Şirkət Korporativ Sosial Məsuliyyət proqramları vasitəsilə də ölkədə insan resurslarının inkışafını dəstəkləyir. KSM strategiyasına uyğun olaraq, Bakcell mobil telekommunikasiya sahəsində karyera, əlilliyi olan gənclərin iş bacarıqlarına yiyələnməsi, valideyn himayəsindən məhrum gənclərin əmək bazarına inteqrasiyası və s. sahələrdə uğurlu layihələrini davam etdirir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti