Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" tədbirinə qatılıb.
Anews.az xəbər verir ki, çoxsaylı tələbə, magistr və məzunların, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi əmək yarmarkasının əsas məqsədi Azərbaycan gənclərinin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.
Əmək yarmarkası zamanı gənclərə Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə ətraflı məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !