Bakcell ikiqat bonus kampaniyasına start verir

16:36 | 04.11.2014
Bakcell ikiqat bonus kampaniyasına start verir

Bakcell ikiqat bonus kampaniyasına start verir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, növbəti dəfə ikiqat bonus kampaniyasına start verir.2014-cü il 1 noyabr tarixindən 31 yanvar 2015-ci il tarixinə kimi keçiriləcək kampaniya CIN abunəçilərinə ikiqat bonuslar qazandıracaq.Kampaniyaya qoşulmaq üçün CIN abunəçiləri “*” yazıb 5522 qısa nömrəsinə pulsuz SMS yollayır. Bundan sonra abunəçiyə bir ay ərzinədə istifadə etdiyi balansa uyğun olaraq bonus təklif olunur. İkiqat bonus əldə etmək üçün abunəçi 1 yazıb 5522 qısa nömrəsinə göndərməlidir.Abunəçilər əldə etdikləri bonusları 7 gün ərzində ölkədaxili zənglər və SMS və MMS-lərə sərf edə bilərlər.Kampaniya haqqında əlavə məlumat almaq üçün 5522 qısa nömrəsinə boş mesaj göndərin və yaxud bu linkdən istifadə edin: http://www.bakcell.com/az/get-doubled-balanceANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür