İnnovasiya və sürət lideri "Bakcell" regionun
ən böyük innovasiya sammiti olan "INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır.
Bu tərəfdaşlıq sayəsində "Bakcell" Azərbaycanda tətbiq etdiyi innovativ
texnologiyaları və süni intellekt əsaslı
həlləri təqdim edəcək.
"Bakcell"in baş icraçı direktoru Klaus
Müller "INMerge” İnnovasiya Sammitində çıxış edəcək.
Sammitdə ölkənin və dünyanın aparıcı şirkətlərinin
rəhbər və nümayəndələri, investorlar, yerli və xarici startapların iştirakı ilə
təqdimatlar, panel müzakirələri, təqdimatlar və müxtəlif seminarlar keçiriləcək.
Oktyabrın 10-11-i tarixlərində
baş tutacaq "INMerge” İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə
vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün
fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında
fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !