Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni “Bakcell INQUTU” mobil xidmətini istifadəyə verir. “Bakcell INQUTU” abunəçiyə bütün onlayn ünsiyyət kanallarını, həmçinin təqvim və müxtəlif mənbələrdən olan əlaqələrini bir yerdə saxlamağa imkan verən vahid intuitiv interfeysdir.“Digital Innovation Technology Systems” şirkəti ilə birlikdə işlənib hazırlanan bu xidmət sayəsində Bakcell abunəçiləri istənilən vaxt, istənilən yerdə və istənilən mobil cihazda elektron məktub və sosial şəbəkələrin imkanlarından istifadə edərək dostları və yaxınları ilə daha rahat ünsiyyət yarada bilərlər.Bakcell abunəçiləri 12.09.2014- cü il tarixindən etibarən bu xidmətdən istifadə edə bilərlər.“Bakcell INQUTU” elektron məktubların göndərilməsi və qəbul edilməsinə, “Facebook”, “Twitter” və “LinkedIn” kimi sosial şəbəkələrdən istifadə olunmasına, müxtəlif fayllarla işləməyə, yeni əlaqələr yaratmaq və onları sinxronlaşdırmağa, təqvimdəki hadisələri “Google” xidmətləri vasitəsilə sinxronlaşdırmağa və digər əməliyyatları həyata keçirməyə imkan verir.Bundan əlavə, “Bakcell INQUTU” istifadəçini daxil olan məktublar, eyni zamanda sosial şəbəkələrdə və təqvimdə baş verənlərlə bağlı pulsuz SMS vasitəsilə məlumatlandırır.“Bakcell şirkəti öz abunəçilərinə təqdim etdiyi mobil xidmətlərin inkişafı və genişləndirilməsi istiqamətində daim çalışır. Bunun üçün biz mütəmadi olaraq ünsiyyəti daha asan edən yeni xidmətlər istifadəyə veririk. Abunəçilərə təqdim etdiyimiz yeni ”Bakcell INQUTU” xidməti ünsiyyətin yalnız bir interfeys üzərindən idarə olunmasını mümkün edən xüsusiləşdirilmiş bir alətdir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.“Bakcell INQUTU” xidmətindən istifadə etmək üçün «F» hərfi yazıb 6655 qısa nömrəsinə göndərmək lazımdır. Bundan sonra abunəçi SMS vasitəsilə şifrə alacaq və xidmətdən istifadə etmək imkanı qazanacaq.Xidmətlə tanışlıq üçün ilk 30 gün müddətində Bakcell abunəçiləri ondan pulsuz yararlana biləcəklər. Sınaq müddəti bitdikdən sonra isə abunə haqqı gündəlik 0,06AZN təşkil edəcək.“Biz əminik ki, “Bakcell INQUTU” Bakcell abunəçilərinin ünsiyyəti üçün rahat bir alət olacaq. Belə ki, “Facebook”, “Twitter” və “LinkedIn”, həmçinin elektron poçt, təqvimlər və əlaqələri idarə etmək bir interfeys üzərindən və istənilən mobil cihazdan asan, sadə və sürətli olacaq. Biz Azərbaycanda mobil rabitə sahəsində liderlik edən Bakcell şirkəti ilə əməkdaşlığımızdan məmnunuq və əminik ki, əlaqələrimiz gələcəkdədə daha aktiv şəkildə inkişaf edəcək”, deyə “DIT Systems” şirkətinin baş direktoru Vyaçeslav Ostrovskiy qeyd edib.“Bakcell INQUTU” internet brauzeri olan istənilən mobil cihazda işləyir və bunun üçün əlavə proqram təminatı yükləməyə ehtiyac yoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !