• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Bakcell KSM proqramları vasitəsilə uşaqlar üçün inklyuziv təhsil imkanı yaradır

Bakcell KSM proqramları vasitəsilə uşaqlar üçün inklyuziv təhsil imkanı yaradır
06.06.2014 10:58
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri təşkil edib.“Azərbaycana Birgə Yardım” və “SOS Uşaq Kəndləri” təşkilatlarının yetirmələri olan 100 nəfərə yaxın uşaq xüsusi əyləncə proqramına qatılıb. Bakcell şirkətinin müxtəlif təşkilatlarla əməkdaşlığı çərçivəsində korporativ sosial məsuliyyət proqramları (KSM) xüsusi qayğıya ehtiyacı olan uşaqları daim diqqət mərkəzində saxlayır. SOS Uşaq Kəndləri ilə birgə həyata keçirilən “İKT akademiyası” layihəsi çərçivəsində Bakı SOS Uşaq Kəndində texniki avadanlıqlarla təchis edilən xüsusi təlim otağında kompüter kursları, mühasibatlıq 1C, müsahibə qabiliyyəti və CV yazmaq, mobil telefon təmiri, kompüter təmiri, audi-video çəkilişi və digər mövzularda müxtəlif faydalı təlimlər keçirilib. Korporativ Sosial Məsuliyyət proqramlarına xüsusi diqqətlə yanaşan Bakcell şirkəti ötən ildə bir sıra uğurlu layihələrə imza atıb.“İnkişaf Naminə İdman”ictimai birliyiilə birgə həyata keçirilən“Bərabər imkanlar və inklyuziyaya aparan yol” adlı layihə çərçivəsində müxtəlif dərəcəli əlilliyi olan 20 uşaq kompyuter sahəsində bilik və bacarıqlarını artırmağa yönəlmiş təlimlərdə iştirak ediblər. Təlimlər Xəzər Universitetində yerləşən Qafqaz Tədqiqat Resurs Mərkəzində keçirilərək əlilliyi olan uşaqların üç ay müddətində ali təhsil ocağına inteqrasiyasına ərait yaradıb. Cari layihənin növbəti mərhələsi Azərbaycanda fəaliyyət göstərən uşaq inkişaf mərkəzlərinə və inklyuziv təhsil həyata keçirən ümumtəhsil məktəblərinə əlilliyi olan uşaqların ehtiyaclarına uyğunlaşdırılmış yardımçı komputer avadanlığını təqdim etməkdən ibarətdir. Junior Achievement Azərbaycan təşkilatı ilə əməkdaşlıq çərçivəsində ali təhsil ocaqlarının tələbələri üçün Biznes Etikası, İşə hazırlıq və karyera qurulmasında vacib olan digər mövzularda təlimlər keçirilib. Bundan əlavə tələbələrin gələcək karyeraları üçün faydalı olan xüsusi menecment və iqtisadi simulyasiya proqramları tələbələrə təqdim olunub. Layihə çərçivəsində bilik əldə etməklə yanaşı tələbələrə Bakcell şirkəti tərəfindən iş təcrübəsi əldə etmək imkanı da təklif olunub. Bakcell şirkəti özünün KSM proqramları cərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləyən layihələrin və tələbələrin gələcək karyeraları üçün faydalı olan müxtəlif proqramların miqyasını ildən ilə genişləndirir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:53
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol