Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkədə ən üstün şəbəkəyə malik olmaqla yanaşı abunəçilərinə göstərdiyi xidmətlərin daim əlçatan olması məqsədilə satış və xidmət mərkəzlərinin şəbəkəsini davamlı şəkildə genişləndirir.
Şirkət bu gün Lənkəran şəhərində yeni konsept və dizaynda olan Xidmət Mərkəzini istifadəyə verib. H.Aslanov xiyabanı 6 ünvanında yerləşən Xidmət Mərkəzində Bakcell abunəçilərinə tam çeşiddə xidmətlər təqdim olunur.
"Ölkədə ən üstün şəbəkəyə malik olan Bakcell şirkətinin baza stansiyalarının sayı bütün ölkə ərazisində sürətlə artır. Buna uyğun olaraq biz satış və xidmət mərkəzlərimizin şəbəkəsini də genişləndiririk. "Bakcell”in 2G şəbəkəsi Lənkaran əhalisinin 99%-ni, 3G şəbəkəsi isə 97%-ni əhatə edir. İnternet penetrasiyasi isə 60% ətrafındadır. Bu zonada Bakcell abunəçilərinin 42%-nin smartfon istifadəçiləri olduğunu nəzərə alsaq, yüksək sürətli mobil internet faktorunun burada nə qədər önəmli olduğunu görərik. Bakcell şirkəti Azərbaycanın cənub bölgəsində öz fəaliyyətini genişləndirmək məqsədilə həm şəbəkəyə, həm də satış və xidmət mərkəzlərinin qurulmasına investisiya yatırmağa davam edir”, deyə Bakcell şirkətinin baş satış direktoru Fedja Hadzic bildirib.
Yeni Xidmət Mərkəzinin açılışı ilə əlaqədar olaraq buradan yeni nömrə əldə edən abunəçilərə əlavə olaraq 30 dəqiqə həcmində danışıq hədiyyəsi təqdim olunacaq. Bu hədiyyə ilə satışa çıxarılan nömrələrin sayı məhduddur.
Bakcell şirkəti 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Bakcell Müştəri Xidmətləri Mərkəzləri haqqında məlumat almaq üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/contact-us/customer-care-offices
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !