• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib
04.07.2024 11:11
"Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq Wi-Fi üzərindən zəng xidmətini - VoWiFi (Voice over Wi-Fi) texnologiyasını istifadəyə verib. Yeni xidmət ölkə xaricində olan abunəçilərə smartfonda Wi-Fi şəbəkəsi aktiv olduğu halda dünyanın istənilən yerinə Azərbaycandakı tarif ilə zəng etmək imkanı verəcək. 
 
Bunun üçün ölkə xaricində olarkən rouminq və VoLTE / VoWiFi xidmətlərinin aktiv olması kifayətdir.
 
VoWiFi xidmətinin üstünlükləri nələrdir?
VoWiFi xidməti ilə abunəçi xaricdə olarkən daxil olan rouminq zənglərini tamamilə pulsuz qəbul edə biləcək.

Şəbəkənin olmadığı yerlərdə belə, WiFi üzərindən mobil nömrə ilə yüksək keyfiyyətli zəng etmək mümkün olacaq.

Xaricdə olarkən VoWiFi xidməti ilə edilən zənglərə Azərbaycandakı tarif tətbiq edilir. Bu isə beynəlxalq zənglərdə əlavə xərclərə qənaət etməyə kömək edəcək.

 
Smartfonun VoWiFi texnologiyasını dəstəkləməsini *309# kodunu yığmaqla yoxlamaq olar. Ətraflı məlumat bakcell.com/vowifi səhifəsində yerləşdirilib.

Qeyd edək ki, VoWiFi texnologiyası "Bakcell”in yeni brend strategiyasına daxil olan innovativ məhsullardan biridir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verməyi planlaşdırır.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda qadını ilan sancıb
Cəmiyyət 21:55
Ağdamda qadını ilan sancıb
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Cəmiyyət 21:00
Sumqayıtda fərdi yaşayış evi yanıb - Video
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol