Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Yay Futbol Məktəbini ikinci dəfə Azərbaycana gətirir. Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.“Mançester Yunayted” klubu ilə əməkdaşlıq çərçivəsində Bakcell tərəfindən Azərbaycana gətirilmiş Yay Futbol Məktəbi idman aləmində ötən ilin ən əhəmiyyətli tədbirlərindən birinə çevrilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında aparılan seçim turundan müvəffəqiyyətlə keçən 8-12 yaş arası 32 gənc Bakıya gələcək. Burada bir neçə gün ərzində onlar “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən təlim-məşq toplantılarında iştirak edəcəklər.Ötən ilki “Mançester Yunayted” Yay Futbol Məktəbinin nəticələri Azərbaycanın uşaq futbolunun inkişafına böyük töhfələr verdi. Bakıda keçirilən təlim-məşq toplanışından seçilən 6 gənc istedad - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva Mançester şəhərinə səfər edib əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted” Futbol Akademiyası, eləcə də, “Mançester Yunayted" Futbol Məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etmişdilər.İştirakçılardan biri - Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəlmişdi.Bakcell Tamerlanın iştirakı ilə şirkətin Azərbaycan futbolunun parlaq gələcəyinə olan güclü inamını nümayiş etdirən “Təsəvvür et” adlı reklam çarxı çəkdi. Tamerlanla yanaşı reklam çarxında "Mançester Yunayted" Yay Futbol Məktəbinin digər qalilblərinin də "Mançester Yunayted"in ulduz futbolçuları Fellaini, Nani, Çiçarito və Eşli Yanq ilə əfsanəvi "Old Trafford" stadionunda keçirdikləri birgə təlim-məşq toplanışlarından görüntüləri var:
https://www.youtube.com/watch?list=UU_9AoCPPHus8pKvFEsttBRQ&v=4oLKSJ8dXdcAzərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !